"Terrorçular İsveçin NATO-ya üzv olmasına mane olurlar"

"Terrorçular İsveçin NATO-ya üzv olmasına mane olurlar"

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu terror təşkilatlarının İsveçin NATO-ya daxil olmasına mane olduğunu bildirib.

SİA barədə nazirin Tvitter səhifəsində yayımlanan yayıma istinadən məlumat yayıb.

“Terror təşkilatları xüsusilə İsveçin NATO-ya üzvlük yoluna minalar qoyur. İsveç xüsusi olaraq bu minalara addımlayır. İstəsə onları təmizləyə bilər”, - Çavuşoğlu bildirib.

…Türkiyə “müqavilələri yerinə yetirməyənləri” mükafatlandıra bilməz.

Bunu deyən Çavuşoğlu əlavə edib ki, Stokholm üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdikdən sonra Ankara məsələni müzakirə etməyə hazır olacaq.

Yeri gəlmişkən bildirək ki, yanvarın sonunda İsveçin xarici işlər naziri Tobias Billström İsveçin Qurani-Kərimi təhqir edən hərəkətlərə görə NATO-ya üzvlük prosesini yarımçıq qoyduğunu bildirərək, xarici işlər nazirliklərinin sammitində Ankara ilə NATO-nun genişlənməsinə dair razılaşmaların əldə olunacağına ümid etdiyini bildirib.

Məhəmməd Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə