Kiyevə silah göndərmək Ukrayna münaqişəsində iştirak demək deyil

Ukraynaya silah və hərbi texnika göndərilməsi heç də o demək deyil ki, Qərb dövlətləri Ukrayna münaqişəsində iştirak edir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu fikri fevralın 4-də RTVI-ya müsahibəsində Fransa Xarici İşlər Nazirliyinin mətbuat katibi Ann-Kler Legendre bildirib.

Kollektiv Qərb ölkələri Ukrayna dövlətinin ərazisində baş verən münaqişədə iştirak etmirlər. Fransalı diplomatın dediyinə görə, NATO Rusiya ilə müharibə aparmır. Avropalı və Amerikalı tərəfdaşlarımızdan heç biri Rusiya ilə müharibə aparmırlar.

Yenə də onun sözlərinə görə, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, özünümüdafiəsini təmin etmək üçün başqa dövlətə silah verilməsi “döyüş əməliyyatlarında birgə iştirak demək deyil.

Ann-Kler Leqendrin fikrincə, belə hallarda kollektiv Qərb ölkələrinin hərbi münaqişədə iştirakından danışmaq mümkün deyil, çünki hərbi yardımın məqsədi Ukraynaya suverenliyin qaytarılmasıdır.

Fransalı siyasətçinin dediyinə görə, “Avropada və dünyada bütün tərəfdaşlarımız” bu mövqeyə sadiqdirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə