Şahzadə atası ilə olan uşaqlıq fotosunu paylaşdı

Uels Şahzadəsi Keyt Middlton atası Maykl ilə uşaqlıq illərində çəkdirdiyi fotosunu paylaşıb. SİA xəbər verir ki, Uels Şahzadəsi fotonu 2021-ci ilin iyununda yenidən qurduğu “Kral Fondunda Erkən Uşaqlıq Mərkəzi”nə yaratdığı səhifəsində yayımlayıb.

“Üzlər körpələr üçün ən yaxşı oyuncaqlardır. Çərşənbə axşamı biz ilk illərimizin həyatımızın qalan hissəsinin formalaşmasında oynadığı mühüm rol haqqında məlumatlılığı artırmaq üçün yeni layihəyə başladıq.

İstərdik ki, bu həftə sonunu dostlarınız, ailəniz və həmkarlarınızla keçirəsiniz, onlara uşaqlığınız və onun həyatınızı necə formalaşdırdığını danışasınız”, - Şahzadə fotonun başlığında yazıb. Uels Şahzadəsi həmçinin izləyicilərindən fləşmobda iştirak edərək uşaqlıq fotolarını paylaşmağı xahiş edib.

Qeyd edək ki, Keyt Middlton Şahzadə Uilyamın həyat yoldaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə