Hindistanın Assam ştatında uşaq nikahlarına qarşı keçirilən əməliyyat çərçivəsində azı 1800 nəfər saxlanılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Assamın baş naziri Himanta Bisva Sarma sosial media hesabında etdiyi paylaşımda, səlahiyyətli şəxslərin qadınlara qarşı "bağışlanmayan və iyrənc cinayətə sıfır dözümlülük ruhu" ilə hərəkət edəcəyini bildirib.
Assam əyalətində 18 yaşdan kiçik nikahlarla bağlı əməliyyatlarda 1800-dən çox adamın nəzarətə alındığını bildirən Sarma, bu evliliklərdə nikah bağlayan din xadimlərinin də səlahiyyətli şəxslərin hədəfində olduğunu söyləyib.
Baş ofisi Assamda yerləşən “Qlobal Həyatın İnkişafı Təşkilatı” qeyri-hökumət təşkilatının direktoru Rajib Şarma bildirib ki, uşaq nikahları ənənədən daha çox şeydir. Cəmiyyətdə qəbilələrin və azlıqların olduğunu və qızlarını gənc yaşda evləndirdiklərini izah edən Şarma Assamda uşaq evliliklərinin səbəbləri arasında yoxsulluq, cəhalət və hökumət tədbirlərinin qeyri-kafiliyini göstərib.
Assamın Baş naziri Sarma ötən gün Assamda son 9 gündə 4 min uşaq nikahının müzakirə ediləcəyini açıqlayıb. Assam hökuməti yanvar ayında 18 yaşından kiçik qızlarla evlənən kişilərə qarşı hüquqi prosedurların başlanacağını açıqlamışdı. 2019-cu ildə Assam hökuməti tərəfindən aparılan araşdırmalar əyalətdəki qızların təxminən 32 faizinin 18 yaşından əvvəl evləndiyini, təxminən 12 faizinin isə 18 yaşında uşaq dünyaya gətirdiyini ortaya qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB