Serbiya prezidenti NATO-ya üzv olmaq istəmədiyini bildirdi

Serbiya prezidenti NATO-ya üzv olmaq istəmədiyini bildirdi

Serbiya prezidenti Aleksandar Vuçiç ölkəsinin Avropa İttifaqına (Aİ) getdiyini, lakin NATO-ya üzv olmaq istəmədiyini bildirib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Vuçiç Kosovo probleminin həllində ABŞ və Aİ tərəfindən dəstəklənən Fransa-Almaniya Planının hərtərəfli müzakirə edildiyi Serbiya Assambleyasının sessiyasının ikinci günündə açıqlamalar verib.

Ölkəsinin Aİ-yə doğru getdiyinə işarə edən Vuçiç, "Serbiya NATO-ya üzv olmaq istəmir. Serbiya hərbi neytrallığını qorumaq və gücləndirmək istəyir. Avropaya inteqrasiya ilə Atlantik inteqrasiyası arasında böyük fərq var" dedi.

Hakimiyyətdə qalmaq naminə heç vaxt danışıqlara getməyəcəyini vurğulayan Vuçiç, onun üçün önəmli olanın Serbiyanın “yaşaması və tərəqqisi” olduğunu deyib. Kosovonun Birləşmiş Millətlər Təşkilatına (BMT) daxil olmasına mane olacaqlarını ifadə edən Vuçiç bunu bacaracaqlarına inandığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə