ABŞ Ukraynaya yeni yardım paketi ayırıb

Amerika Birləşmiş Ştatları Ukraynaya daha bir böyük hərbi yardım paketi ayırdığını rəsmən açıqlayıb. SİA xəbər verir ki, bunu Pentaqonun sözçüsü, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder keçirdiyi brifinqdə deyib.

"Bu gün ABŞ Müdafiə Nazirliyi Ukraynaya 2,2 milyard dollarlıq yeni yardım paketi təqdim etdiyini açıqlayır. Paketə tank əleyhinə "Javelin" raketləri, artilleriya sursatları, HIMARS üçün adi və uzaqmənzilli raketlər daxildir", - deyə Rayder bildirib.

Beləliklə, müharibənin başlanmasından bəri ABŞ-ın Ukraynaya hərbi yardımı 29,3 milyard dollara çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə