ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken özünün "Twitter" səhifəsində məlumat verib.

O qeyd edib ki, sanksiyalar İranın pilotsuz uçuş aparatları istehsal edən şirkətini əhatə edib.

“Bu gün ABŞ İranın pilotsuz uçuş aparatları proqramında iştirak edən "Paravar Pars"ın idarə heyətinin 8 üzvünə sanksiya tətbiq edib”, - Blinken bildirib.

O əlavə edib ki, ABŞ Rusiyanın Ukraynada müharibə aparmaq üçün ümidsiz cəhdlərini məhdudlaşdırmağa davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə