Rusiyada “Kraken”ə daha bir yoluxma aşkar edildi

Rusiyada koronavirusun “Omicron” ştamının alt variantı “XBB.1.5” və yaxud “Kraken” ştamına daha bir yoluxma qeydə alınıb. SİA “Kommersant”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiyanın İstehlakçı Hüquqlarının Müdafiəsi və İnsan Rifahı Sahəsinə Nəzarət üzrə Federal Xidməti (“Rospotrebnadzor”) yayıb. Ətraflı Ads by 0 Reklamınızı SmartBee ilə effektiv edin. Bu, Rusiyada sözügedən ştama ikinci yoluxma halıdır və Tıva Respublikasında qeydə alınıb. Yoluxan şəxs xəstəliyi yüngül formada keçirir.

Xatırladaq ki, Rusiyada “Kraken” ştamına ilk yoluxma yanvarın 12-si Penza vilayətində aşkar edilib. “Rospotrebnadzor” ölkədə “Kraken” ştamının aşkar olunması ilə bağlı məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır.

Bütün xəbərlər Facebook səhifəmizdə