Netanyahu və Makron Parisdə görüşüblər

İsrailin baş naziri Benyamin Netanyahu və Fransa prezidenti Emmanuel Makron Fransanın paytaxtı Parisdəki Yelisey sarayında görüşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Netanyahu görüşdən əvvəl verdiyi açıqlamada, İran təhdidi və ərəb ölkələri ilə İsrail arasında əlaqələrin normallaşdırılması üçün imzalanan İbrahim razılaşmalarının genişləndirilməsini müzakirə etməyi planlaşdırdıqlarını bildirib. Makronun görüşdə İsrail və Fələstin arasındakı son zorakılığı gündəmə gətirəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə