"Rusiyanın hücumları cavabsız qalmayacaq" - ZELENSKİ

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın ölkəsinə qarşı hücumlarını cavabsız qoymayacaqlarını açıqlayıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki,

Zelenski gecə saatlarında yayımlanan videomüraciətində Rusiya-Ukrayna müharibəsi çərçivəsində baş verən son hadisələri dəyərləndirib.

Rusiya ordusunun ölkəsinə qarşı hücumlarını davam etdirdiyini qeyd edən Zelenski beynəlxalq arenada Rusiyaya qarşı məhdudiyyətlərin artırılmasının lazım olduğunu bildirib. Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsinə hücumlarını artırmağa çalışdığına diqqət çəkən Zelenski, "İşğalçının heç bir təcavüzkar hərəkətini cavabsız qoymayacağıq" dedi.

Sabah Kiyevdə Ukrayna-Avropa İttifaqı Sammitinin keçiriləcəyini xatırladan Zelenski sammitdə ölkəsi üçün son dərəcə vacib məsələlərin müzakirə olunacağını qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə