Kremldən Qərbə sərt mesaj gəldi

Kremlin sözçüsü Dmitri Peskovdan Qərb dünyasına sərt mesaj gəlib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putin “Qərb Ukraynanı silahla təmin etdikcə, Rusiya öz potensialından maksimum istifadə edəcək” mesajını verib.

Jurnalistlərə açıqlama verən Peskov Putinin Stalinqrad döyüşündəki qələbəsinin 80-ci ildönümü tədbirində Qərbin Ukraynaya silah tədarükünə qarşı verdiyi mesaja aydınlıq gətirib.

"Bu (mesaj) o deməkdir ki, Rusiyanın potensialı var və kollektiv Qərb tərəfindən tədarük edilən yeni silahlar ortaya çıxdıqda, Rusiya xüsusi hərbi əməliyyat çərçivəsində cavab vermək üçün mövcud potensialından maksimum istifadə edəcək", - deyə, Peskov bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə