Macarıstan XİN rəhbərinin Azərbaycana səfəri başlayıb

Macarıstanın xarici işlər naziri Peter Siyartonun Azərbaycana səfəri başlayıb. SİA xəbər verir ki, bu barədə nazir özünün feysbuk hesabında yazıb.

Qeyd edək ki, Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin növbəti toplantısı keçiriləcək.

XXI əsrin ən böyük layihələrindən biri olan Cənub Qaz Dəhlizi dörd seqmentdən - “Şahdəniz Mərhələ-II”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP qaz boru kəmərlərindən ibarətdir. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir.

Bütün xəbərlər Facebook səhifəmizdə