Kosovanın Baş naziri Türkiyəyə səfər edəcək

Kosova Baş naziri Albin Kurti fevralın 3-də Türkiyəyə səfər edəcək. SİA xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.

İstanbulda keçiriləcək görüşlərdə Türkiyə ilə Kosova arasında ikitərəfli münasibətlər müxtəlif aspektlərdə nəzərdən keçiriləcək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün atılacaq addımlar müzakirə olunacaq.

Balkan yarımadasındakı vəziyyət, regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsinin aparılması da nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə