ABŞ Prezidenti Co Bayden Ağ Evin Milli İqtisadi Şurasının direktoru Brayan Dizin vəzifədən gedəcəyini açıqlayıb. SİA Anadolu agentliyinə istinadla xəbər verir ki, ölkədə işsizlik və iqtisadi böhranın öhdəsindən Diz ilə birlikdə gəldiyini deyib.

ABŞ-nin son iki ildə iqtisadi-siyasətinin həyata keçirilməsində Dizin xidmətlərini qeyd edib, onun ABŞ iqtisadiyyatının bərpasında mühüm rol oynadığını söyləyib.

Co Bayden Milli İqtisadi Şuranın yeni direktorunun kimliyi barədə isə hələki danışmayıb.

Xatırladaq ki, yanvarın 27-də o, Ağ Evin aparat rəhbəri Ron Klainin vəzifəsini tərk etdiyini açıqlamışdı və Ceff Zientsin isə həmin vəzifəyə təyin olunacağını demişdi.

Artıq dünəndən Ceff Zients Ağ Evdə aparat rəhbəri vəzifəsinin icrasına başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə