“Mir” yazısı ilə piketə çıxdı... cərimələndi

Komsomolsk-na-Amur məhkəməsi fəal Nadejda Filimonovanı şəhər meydanlarından birində üzərində “Mir” (Sülh) yazısı olan plakatla piket keçirdiyinə görə cərimələyib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, ordunu gözdən salmaq maddəsi ilə 30 min rubl ödəməyə məcbur edilib.

Qeyd olunur ki, məhkəmə qərarının mətnində plakatdan “Mir” sözü yazılmayıb və “(digər məlumatlar)” kimi təyin edilib.

Filimonovanın sözlərinə görə, proses yanvarın 26-da onun iştirakı olmadan keçirilib. Heç kim fəala görüşün tarixi və vaxtı barədə məlumat verməyib. Məhkəmənin saytında heç bir məlumat da yoxdur. Məhkəmənin özündə teleqram göndərdiklərini bildirsələr də, onu Filimonovaya verməyiblər. O, hökmdən yalnız fevralın 2-də poçtla göndərdiyi məktubdan xəbər tutub.

Qeyd edək ki, Filimonova dekabrın 31-də piketi tək keçirib. Daha sonra polis onu saxlayıb. Fəalın sözlərinə görə, polis iki dəfə ona qarşı saxta protokol tərtib etməyə cəhd edib. O, bu sənədləri imzalamayıb. Filimonova “Mir” sözünün linqvistik ekspertizası üçün də vəsatət qaldırıb. Protokolda piketçi qeyd edib ki, polis əməkdaşı özü də bu sözün qadağan olunmadığını etiraf ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə