71 yaşlı sərxoş kişi 92 yaşlı qarını öldürüb

Məhkəmə Çuvaşiyanın Krasnıye Çetai kənd sakinini Böyük Vətən Müharibəsi veteranını qətlə yetirməkdə təqsirli bilinərək 12 il müddətinə ciddi rejimli koloniyada cəza çəkməyə məhkum edib.

SİA bu barədə rus saytlarına istinad edir.

Beləliklə, müəyyən edilib ki, 2022-ci il avqustun 10-da axşam saatlarında rayonun Krasnıye Çetai kəndində 71 yaşlı kişi sərxoş vəziyyətdə şəxsi düşmənçilik zəminində 92 yaşlı qarıya xəsarət yetirərək, onu öldürüb.

Sərxoş kişi Böyük Vətən Müharibəsi veteranı və arxa cəbhə işçisi olan qadının başına və bədəninin digər hissələrinə çoxlu yumruq və təpiklər vurub. Nəticədə qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə