İtaliya 8 həftəyə Ukraynaya “SAMP-T” raketləri verəcək

İtaliya və Fransa 7-8 həftəyə Ukraynaya “SAMP-T” hava hücumundan müdafiə sistemləri verəcək.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
“SAMP-T” zenit-raket kompleksinin (SAM) tərtibçisi və istehsalçısı Avropanın “Eurosam” konsorsiumudur.

Xatırladaq ki, 2022-ci ilin martında İtaliya parlamenti Ukraynaya yardım, o cümlədən hərbi yardım göstərilməsi haqqında qətnaməni təsdiqləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə