Ukraynanın bərpasına vəsaiti haradan almalı?

2023-cü ilin əvvəlinə olan məlumata görə, Rusiya Ukraynaya qarşı müharibədə 600-750 milyard dollar məbləğində itki və dağıntılar törədib.

SİA bu barədə “UNİAN”a istinad edir. Belə ki, Ukrayna saytının verdiyi məlumata görə, bunu baş nazir Denis Şmiqal Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, yaşamaq üçün ilk olaraq sürətli bərpa lazımdır. Bura təbii ki, zədələnmiş elektrik təchizatı, istilik təchizatı, su təchizatı, xəstəxanalar və məktəbləri bərpa edilməlidir.

Qeyd edək k, Ukrayna və Dünya Bankının ekspertləri sürətli bərpa mərhələsinin 17 milyard avroya başa gələcəyini hesablayıblar.

Bəs, bu məbləği haradan tapmalı?

Şmiqal görə, maliyyələşdirmə üçün bir neçə mənbə var: bunlar Rusiyanın Ukraynadakı müsadirə olunmuş aktivləridir (iki Rusiya bankının aktivləri müsadirə edilib). Bundan başqa Birləşmiş Ştatlar, Avropa İttifaqı və digər ölkələr, United24 fondunun vəsaitləri, dünyanın hər yerindən fiziki şəxslərin, şirkətlərin və korporasiyaların ianələri.

“Artıq bu cür vəsaitlərdən 3,5 milyard avrodan çox vəsait toplanıb. Qalanı üçün tərəfdaşlarımızla danışıqlar aparırıq. Əminəm ki, dəstək tapacağıq”, -deyə ukraynalı baş nazir bildirib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə