Medvedev Rusiyada silah tədarükünün artdığını deyir

2023-cü ildə bütün növ silah və hərbi texnikanın tədarükü artırılacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə fevralın 2-də öz Teleqramında Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Raduqa Dizayn Bürosunu ziyarət etdikdən sonra bildirib.

Dmitri Medvedev, Rusiya ordusunun mütəmadi olaraq və tam həcmdə müxtəlif növ raketlər aldığını bildirib.

Bununla yanaşı rusiyalı siyasətçi, 2023-cü ildə bütün növ silahların tədarükünün xeyli artacağını və bunun Kiyev rejimini məğlub etməyə imkan verəcəyini bildirib.

“Silahlı qüvvələrimiz müntəzəm və tam həcmdə müxtəlif növ raketlər alır. 2023-cü ildə bütün növ silah və hərbi texnikanın tədarükü əhəmiyyətli dərəcədə artacaq. Bu, müxtəlif Qərb əclafları tərəfindən silahları ilə qidalanan Ukrayna neonasistlərinin hakimiyyətini sarsıdıcı məğlubiyyətə düçar olmağa imkan verəcək”.

Medvedev deyib bunu.

Qeyd edək ki, o, dediklərini əsaslandırmaq üçün Raduqa konstruktor bürosundan xeyli şəkil də paylaşıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə