“Çin və Rusiya ilə yaxşı münasibətlər saxlamaq lazımdır”

Belqrad Rusiyaya qarşı sanksiyalara yalnız Serbiyanın milli maraqlarına təhlükə yaranacağı təqdirdə qoşulacaq.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç Serbiya naminə birlikdə partiyasının lideri Neboyşa Zelenoviçin anti-Rusiya sanksiyalar siyasətinə qoşulmaq çağırışına cavab olaraq bildirib.

Ölkəmizin həyati maraqları təhlükə altına alınmasa, biz siyasətimizi dəyişməyəcəyik, Serbiya bundan əl çəkməyəcək deyən Vuçiç. “...vəziyyəti elə qiymətləndirirəm ki, onlar hələ təhlükə altında olmasınlar. Onlar ortaya çıxanda mən hansısa başqa ölkə naminə onlara zərər verməyəcəyəm”,-deyə əlavə edib.

Vuçiç çıxışında Serbiyanın hərbi neytrallıq siyasətinin “bizim siyasətimiz” olduğunu dəfələrlə vurğulayıb. O əlavə edib ki, Çin və Rusiya ilə yaxşı münasibətlər saxlamaq lazımdır.

Maraqlıdır ki, ölkəsinin NATO-ya daxil olmaq prosesinə başlamaq fikrində olmadığını deyən Vuçiç, Serbiyanın hərbi neytrallığını qoruyub saxlamağa və öz ordusunu qurmağa davam edəcəyini deyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə