“Qış təlimi - 2023” hərbi təliminin Yüksək səviyyəli müşahidəçi günü

Türkiyə Cümhuriyyəti tarixinin ən geniş iştiraklı hərbi təliminin Yüksək səviyyəli müşahidəçi günü fəaliyyətləri Qars şəhərində başlayıb.

Milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri general Zakir Həsənov, Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze və Türkiyə Silahlı Qüvvələrinin (TSK) komandanlığı ilə birlikdə “Qış təlimi - 2023” hərbi təlimin Yüksək səviyyəli müşahidəçi günündə iştirak etmək üçün Şəhid zabit İlham Hamlı adlı təlim-məşq meydanına gedib.

Akar və onu müşayiət edən heyət 17 ölkənin qatıldığı təlimlə bağlı məlumat alıblar.

Nazir Akar çıxışında bölgədə və dünyada sülh və sabitliyə töhfə vermək üçün birlikdə çalışmağın vacibliyini vurğulayıb.

Nazir Akar qonaq müdafiə nazirləri və TSK komandanlığı ilə birlikdə yerlərini aldıqdan sonra, Yüksək səviyyəli müşahidəçi günü çərçivəsində "Qış təlimi-2023" təliminin aktual atış hissələrinə start verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə