Qərbin Ukraynaya döyüş təyyarələri vermək planı yoxdur?

Qərbin Ukraynaya döyüş təyyarələri vermək planı yoxdur?

Ukraynaya qırıcı təyyarələrin tədarükü hələ gündəmdə deyil.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell fevralın 3-nə planlaşdırılan Avropa İttifaqı-Ukrayna sammiti ərəfəsində Brüsseldə keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, bu məsələ Avropa İttifaqına üzv olan 27 ölkə arasında ciddi fikir ayrılıqlarına səbəb olub.

Qeyd edək ki, indiyədək Fransa və Hollandiya hakimiyyəti Ukraynaya döyüş təyyarələrinin tədarükünə icazə verib.

Almaniya kansleri Olaf Şolz münaqişənin daha da genişlənməsinin qarşısının alınmasının vacibliyini əsas gətirərək Ukraynaya döyüş təyyarələrinin tədarükündən imtina edib.

Böyük Britaniya hələ bunu müzakirə etməyə hazır deyil. ABŞ prezidenti Cozef Bayden daha əvvəl Kiyevə qırıcı təyyarələrin verilməsi imkanını nəzərdən keçirmədiyini bildirib.

Bu arada “The New York Times” yüksək rütbəli məmurlara istinadən, ABŞ prezident administrasiyasının üçüncü ölkələr vasitəsilə Amerikanın “F-16” qırıcılarının Kiyevə veriləcəyini istisna etmədiyini yazıb. Bundan əlavə, daha müasir qırıcılara keçən Danimarka və Hollandiyaya “F-16”-nın Ukraynaya verilməsinə icazə verib.

İndi diqqəti vəd edilmiş tankların Ukraynaya çatdırılmasına yönəltmək lazımdır, - Borrell deyib və xatırladıb ki, Rusiya və Ukrayna arasında münaqişənin mümkün gərginləşməsi ilə bağlı qorxular əvvəllər Qərbin Kiyevə silah tədarükünün hər yeni mərhələsindən əvvəl ifadə olunub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə