Rusiyaya qarşı onuncu sanksiyalar paketi

Avropa İttifaqı Rusiyaya qarşı onuncu sanksiyalar paketini fevralın 24-nə, Ukraynada xüsusi hərbi əməliyyatın başlamasının ildönümünə qədər təqdim etmək niyyətindədir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bildirib.

“Fevralın 24-nə qədər... biz onuncu sanksiyalar paketini qüvvəyə mindirmək niyyətindəyik”.-deyə komissiya rəhbəri bildirib.

Fon der Leyenin sözlərinə görə, hazırkı doqquz sanksiya paketi artıq Rusiya iqtisadiyyatını sarsıdır.

Avropa Komissiyasının rəhbəri iddia edir ki, Rusiya neftinin qiymətinin məhdudlaşdırılması Moskvaya gündə təxminən 160 milyon avroya başa gəlir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə