Zərbələrə görə İsrail ittiham edildi

İranın İsfahan şəhərindəki hərbi zavoda dron zərbələri endirilməsi ilə bağlı rəsmi Tehrandan hadisəni kimin törətməsi barədə ilk dəfə açıqlama verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi danışıb.

O, zərbələrə görə İsraili ittiham edib. Daimi nümayəndənin iddiasına görə, hərbi zavoda dron hücumlarını İsrail təşkil edib.

"İsfahanda İran Müdafiə Nazirliyinin zavoduna edilən hücuma görə məsuliyyət İsrailin üzərinə düşür", - deyə İran rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə