Sudanda 2008-ci ildə ABŞ diplomatı Con Qranvil və onun sudanlı həmkarını öldürməkdə təqsirli bilinən Abdelrauf Abuzeid azadlığa buraxılıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Dövlət Departamenti bu qərardan narahat olduğunu bildirib.
ABŞ Dövlət Departamentindən verilən açıqlamada Qranvil və Abbasın qətlindən mühakimə olunan Abuzeid yanvarın 30-da məhkəmə tərəfindən sərbəst buraxılıb. Nazirlik Abuzeidin azad edilməsi ilə bağlı dərin narahatlığını ifadə edərək, Abuzeidin Xüsusi Təyin olunmuş Qlobal Terrorçu olaraq qaldığını vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB