Meksikada möhtəşəm hadisə baş verib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Puebla əyalətində yerləşən Tepeyahualko şəhərində təxminən 100 nəfərlik qrup bələdiyyə orqanlarının bölgədə baş verən meşə yanğınına kifayət qədər müdaxilə etmədiyi səbəbi ilə etiraz aksiyası təşkil edib.
Bələdiyyə binası qarşısına toplaşan etirazçılar bölgədə böyük bir ərazidə dağıntılara səbəb olan yanğına uzun müddət müdaxilə edilmədiyini bildirərək, səlahiyyətlilərdən izahat tələb ediblər. Bir neçə saat sonra Tepeyahualko şəhərinin meri Monika Martinez və bəzi şəhər məclis üzvləri etirazçılarla görüşmək üçün meriyaya gəliblər. Hakimiyyət ictimaiyyətlə görüş zamanı razılığa gələ bilməyəndə 30 nəfərlik qrup bələdiyyə sədri Monika Martinez və şəhər şurasının üzvlərini etirazçılar arasından qaçırıb.
Bələdiyyə sədrinin və digər rəsmilərin istefasını tələb edən etirazçılar tələbləri yerinə yetirilməsə onları yandırıb öldürəcəkləri ilə hədələyiblər. Puebla əyalətinin daxili işlər naziri Julio Roberto Gomez verdiyi açıqlamada Puebla əyalətinin polisinin Tepeyahualko şəhərində əməliyyat keçirəcəyini və qaçırılan məmurların xilas ediləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB