Almaniya hökuməti hava hücumundan müdafiə sistemini gücləndirmək üçün təxminən 17 milyard avro ayırmağı planlaşdırır. SİA xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, Berlinin planlarına 4 milyard avro ayırması planlaşdırılan İsrailin “Arrow 3” raketdən müdafiə sistemi və 10 milyard avro dəyərində ABŞ “Patriot”ları daxildir.

“Almaniya bir neçə hərbi məhsul istehsalçısı ilə onların çoxqatlı raket əleyhinə qalxanın yaradılmasında iştirakına dair danışıqlar aparır ki, bu da 17 milyard avroya başa gələ bilər”, - deyə agentliyin açıqlamasında bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə