Yanğın 3 nəfərin ölümünə, 30 nəfərin yaralanmasına səbəb oldu - MİSİRDƏ

Misirin paytaxtı Qahirədə xəstəxananı əhatə edən yanğında 3 nəfər ölüb, 30 nəfər yaralanıb. SİA-nın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.

Yanğın əl-Nur əl-Məhəmmədi xəstəxanasının radioloji mərkəzində baş verib.

Yanğınsöndürənlər alovu söndürə bilsələr də, bina tamamilə məhv olub.

Bütün xəbərlər Facebook səhifəmizdə