BMT Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Ukrayna ilə bağlı iclas keçirəcək

BMT Təhlükəsizlik Şurası (TŞ) fevralın 24-də Ukrayna ilə bağlı iclas keçirəcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın bu ay üçün iş proqramında deyilir. İclasın mövzusu Ukraynada sülhün və təhlükəsizliyin qorunmasıdır. Digər təfərrüatlar, o cümlədən iştirakçıların tərkibi barədə məlumat verilmir.

Qeyd edək ki, Malta fevral ayından BMT Təhlükəsizlik Şurasının sədridir.

Bütün xəbərlər Facebook səhifəmizdə