Bayden Zelenski ilə görüşdə NƏYİ MÜZAKİRƏ EDƏCƏK?

ABŞ Prezidenti Cozef Bayden Polşada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşə bilər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, hazırda bu istiqamətdə danışıqlar aparılır.

Görüş əsnasında Zelenskinin Baydenə 10 bəndlik sülh planı təqdim etməyi planlaşdırdığı bildirilib.

Həmçinin, Rusiya tərəfindən törədilən müharibə cinayətlərinin araşdırılması üçün xüsusi tribunalın yaradılması da müzakirə edilə bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə