ABŞ Rusiyaya qarşı sanksiya tətbiq edib

ABŞ Rusiya ilə əlaqəsi olan 10 fiziki şəxs və 12 şirkətə qarşı sanksiya tətbiq edib. SİA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, ABŞ Rusiyaya sanksiyalardan yayınmağa kömək edən 22 fiziki və hüquqi şəxsin fəaliyyətini bloklayıb.

Sanksiya tətbiq edilən şəxslər Latviya, Sinqapur, Rusiya, İsrail, Özbəkistan və Kipr vətəndaşlarıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə