Rusiya Qazaxıstan nəşrini məhkəməyə çağırıb

Ukraynadakı müharibə ilə bağlı materiallara görə

Qazaxıstanın “Arbat.media” nəşri Ukraynadakı müharibə ilə bağlı materiala görə Vladimir şəhərinin Leninski Rayon Məhkəməsinə çağırılıb.

SİA-nın nəşrə istinadən verdiyi məlumata görə, iddia 19-cu hərbi prokurorluq tərəfindən qaldırılıb. Bildirişdə deyilir ki, “Arbat.media” saytı, Ukraynadakı müharibə ilə bağlı “reallığa uyğun gəlməyən və siyasi xarakterli sosial əhəmiyyətli məlumatların yalan olduğunu” aşkarlayıb.

Buna görə də prokurorluq da nəşri “etiraz əhval-ruhiyyəsi yaratmaqda” ittiham edib.

Nəşr yazır ki, Rusiya hakimiyyətinin iddiaları “Rusiya işğalçıları Xarkov vilayətində məğlub olublar, lakin bunu etiraf etmək istəmirlər” başlıqlı materiala qarşı çıxıb. Bildirilib ki, Ukrayna qoşunları Xarkov vilayətində işğal olunmuş bir neçə ərazini geri ala bilib.

Bildirişdə həmçinin qeyd edilir ki, “Rusiya Federasiyasının xüsusi hərbi əməliyyat zamanı planlarına Ukrayna ərazilərinin işğalı daxil deyil”. Bundan başqa, sənəddə deyilir ki, qondarma “DXR” və “LPR” sakinləri özləri “Ukrayna rejiminin hərbi təcavüzü” səbəbindən Rusiya prezidenti Vladimir Putindən kömək istəyiblər.

Qeyd edək ki, iş üzrə məhkəmə baxışı fevralın 17-nə təyin edilib. Onu da qeyd edək ki, “Arbat.media” redaktorları ittihamlarla razı deyillər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə