“Sərhədyanı rayonların atəşə tutulmasının qarşısını alın!”

Rusiya prezidenti Vladimir Putin Rusiya Müdafiə Nazirliyi qarşısında Rusiyanın Ukrayna ilə həmsərhəd rayonlarının atəşə tutulmasının qarşısını almağı tapşırıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri Kremlin mətbuat xidməti yayıb.

Rusiya prezidenti bu gün sərhədyanı ərazilərdə dağılmış yaşayış infrastrukturunun bərpası ilə bağlı müşavirə keçirib. Müşavirə zamanı Vladimir Putin, Rusiyanın sərhəd rayonlarının Ukrayna tərəfindən atəşə tutulmamasını və Rusiya Müdafiə Nazirliyinin əsas vəzifəsi kimi onları Ukrayna silahlı qüvvələrinin hücumlarından qorumaq olduğunu bildirib.

Putinin sözlərinə görə, atılan mərmilər bu bölgələrdə bir çox insanları evsiz qoyub. Ona görə də, bu ərazilərin sakinləri qohumlarının yanına və ya müvəqqəti yaşayış yerlərinə köçmək məcburiyyətində qalıblar. Bundan əlavə, su, istilik və elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Buna görə də, Putin Rusiya hərbi idarəsi qarşısında Ukrayna təhlükəsizlik qüvvələrinin sərhədyanı rayonları atəşə tutması ehtimalını aradan qaldırmağı tapşırıb.

Sərhəd bölgələrində yaşayan rusların dağılmış və ya zədələnmiş əmlakına gəlincə, ya itkiləri ödəmək, ya da məhv edilmiş əmlakı bərpa etmək lazımdır.

Bu da Putinin göstərişidir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə