Rusiyanın dondurulmuş aktivlərinin taleyi fevralın 3-də məlum olacaq

Fevralın 3-də keçiriləcək Avropa İttifaqı-Ukrayna sammitində Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən istifadə perspektivi müzakirə olunacaq.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri “İnterfaks” Avropa rəsmisinə istinadən yayıb.

Beləliklə rəsminin sözlərinə görə, bəziləri dondurulmuş aktivləri 300 milyard dollar qiymətləndirir. Sammit iştirakçıları onlardan Ukraynanın bərpasının bir hissəsi kimi necə istifadə oluna biləcəyini müzakirə edəcəklər. O əlavə edib ki, Ukraynanın bərpası sammitdə əsas müzakirə mövzularından biridir.

Bu arada Rusiya Xarici İşlər Nazirliyi xəbərdarlıq edib ki, Qərb ölkələrinin Rusiya aktivlərinə müdaxilə cəhdləri cavabsız qalmayacaq. Yəni bu, Rusiya tərəfindən quldurluq kimi qiymətləndiriləcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə