Saxlanılanlar arasında polis də var

Pakistanda onlarla insan terror aktında şübhəli bilinir
Saxlanılanlar arasında polis də var

Pakistanın Pişəvər şəhərində məsciddə törədilən partlayışa görə saxlanılanlar arasında polis əməkdaşları da olub.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Pakistanın Pişəvər şəhərində terror aktında əli olmaqda şübhəli bilinən 23 nəfər saxlanılıb.

Qeyd edək ki, saxlanılanlar təkcə şəhər sakinləri deyil, həm də Pakistan-Əfqanıstan sərhədindəki zonalardan olan insanlardır. Yeri gəlmişkən, həbs edilənlər arasında polis də var.

Bir daha xatırladaq ki, Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində 90-a yaxın adam həlak olub.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə