Ötən ay Avrozonada inflyasiya 8,5 faiz olub

Yanvar ayında Avrozonada inflyasiya səviyyəsi 8,5 faiz təşkil edib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, ötən ay Avrozonada istehlak qiymətləri indeksi dekabrla müqayisədə 0,4 faiz azalıb.

Ekspertlərin fikrincə, istehsal sənayesinin canlanması fonunda Avrozona iqtisadiyyatı tənəzzül ehtimalından xilas olur. Lakin işsizlik səviyyəsi hələ də rekord səviyyədə qalır.

Xatırladaq ki, keçən ilin dekabrında Avrozonada 9,2 faizlik inflyasiya qeydə alınmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə