Ukrayna pasportu olduğuna görə Rusiyadakı biznesini itirdi

Rusiyanın vergi xidməti müğənni Anna Astinin Ukrayna pasportu və Rusiya Federasiyasında müvəqqəti qalmaq imkanını təsdiq edən sənədin müddətinin başa çatması ilə bağlı onun biznesini yağmalayıb.

SİA bu barədə rus saytlarına istinad edir.

Qeyd edək ki, 2020-ci ilin dekabr ayından müğənni rusiyalı iş adamı Stanislav Yurkinlə evlidir, buna görə də onun Rusiya pasportu almaq və ya yaşayış icazəsini uzatmaq imkanı olub.

Qeyd edək ki, rusiyalı hüquqşünas Andrey Aleşkin, fərdi sahibkarın olmasının sahibkarlar üçün bir növ üstünlük sayır, çünki bu, onlar üçün loyal şərtləri nəzərdə tutur.

Onun sözlərinə görə, insan sənədlərini yeniləməyən və bu cür üstünlüklərdən imtina edəndə bu, kənardan Rusiyada yaşamaq və işləmək istəməməsi kimi görünür.

Müğənninin özü də müsahibələrinin birində etiraf edib ki, o, Ukraynaya valideynlərinin yanına getmək xatirinə Ukrayna pasportundan imtina etmir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə