22 xarici vətəndaş və 12 şirkətə qarşı sanksiyalar

ABŞ hakimiyyəti bir sıra ölkələrin 22 vətəndaşına və 12 xarici şirkətə qarşı bloklayıcı sanksiyalar tətbiq edib. SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, Vaşinqtonun fikrincə, onlar Rusiyanın hərbi-sənaye kompleksinə yardım ediblər.

Beləliklə, ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, Latviya, Sinqapur, Kipr, İsrail, Özbəkistan vətəndaşlığı olan şəxslərə qarşı məhdudiyyətlər tətbiq edilir. Qara siyahıya bu ölkələrdə, eləcə də Bolqarıstanda qeydiyyatdan keçmiş əlaqəli şirkətlər də daxildir.

ABŞ hakimiyyət orqanlarının məlumatına görə, şəbəkə yaradan bu insanlar, Rusiya Federasiyası və Belarusun hərbi sənaye kompleksinin müəssisələri ilə dəstək verib və ya onlarla əməkdaşlıq ediblər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə