Rusiyada illik inflyasiya 11,5 faiz təşkil edib

Rusiyada illik ifadədə inflyasiya yanvarın 30-na bir həftə əvvəlki 11,49 faizə qarşı 11,5 faiz təşkil edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə İqtisadi İnkişaf Nazirliyinin materiallarında deyilir. Belə ki, 2023-cü il yanvarın 24-dən 30-a kimi inflyasiya həftədə 0,21 faiz olub.

Agentliyin məlumatına görə, hesabat həftəsində ərzaq inflyasiyası meyvə-tərəvəzin qiymətlərinin 3,5 faiz artması ilə 0,39 faiz təşkil edib. Eyni zamanda, qeyri-ərzaq məhsulları seqmentində yanvarın 24-dən 30-dək olan həftədə qiymətlər elektrik, məişət texnikası və tikinti materiallarının qiymətlərinin ucuzlaşmasının sürətlənməsi ilə ümumilikdə sabit olub.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyi 2023-cü ildə inflyasiyanın 5,5 faiz səviyyəsində olacağını proqnozlaşdırır.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə