ATACMS raketləri müharibənin gedişatını dəyişəcək?

Hərbi ekspert Oleq Jdanov cəbhədə dramatik dəyişikliklərin olacağını proqnozlaşdırır

Uzaq mənzilli ATACMS raketləri Ukraynada hərbi əməliyyatların gedişatını kökündən dəyişə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, “Kanal 24” xəbər verir ki, hərbi ekspert Oleq Jdanov buna əminliyini ifadə edərək qeyd edib ki, bu tip raketlər Ukrayna Silahlı Qüvvələrinə sərhəd boyu bütün dəmir yolu və avtomobil keçidlərini məhv etməyə kömək edəcək.

“Biz bundan Rusiya ərazisində istifadə etməməyi öhdəmizə götürsək belə, ATACMS bizə Ukrayna-Rusiya sərhədi boyunca bütün dəmir yolu və avtomobil keçidlərini məhv etmək və bununla da Rusiya qoşunları qruplaşmasının qarçısını almaq imkanı verəcək”.

Qeyd edək ki, bunu da ukraynalı hərbi ekspert Jdanov deyib.

Onun sözlərinə görə, Rusiyanın əsas işi dəmir yolu ilə bağlıdır. Məhz onun vasitəsilə Rusiya Federasiyası döyüş sursatı, yanacaq, ağır texnika və silahlar nəql edir və əgər dəmir yolu olmasa, Rusiya qoşunlarının döyüş qabiliyyəti aşağı düşəcək.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə