Münhen Təhlükəsizlik Konfransının təşkilatçıları bu il Rusiya hökumətinin nümayəndələrini dəvət etməkdən imtina ediblər. Əvəzində tədbirə müxalifət nümayəndələri, o cümlədən Mixail Xodorkovski ilə Qarri Kasparov dəvət olunub.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, konfransın sədri Kristof Heusgen “MDR” telekanalına müsahibəsində bu qərarı Rusiya hakimiyyətinə təbliğat platforması vermək istəməməsi ilə izah edib.
Heusgenin dediyinə görə, buna səbəb Putinin müharibənin məqsədi kimi bəyan etdiyi Ukraynanı məhv etməkdən bir zərrə belə geri çəkiləcəyidir.
Qeyd edək ki, Münhen Təhlükəsizlik Konfransı 1962-ci ildən keçirilir. Burada onlarla ölkədən dövlət, hökumət başçıları, nazirlər, siyasətçilər və ictimai xadimlər iştirak edir. Xatırladaq ki, Rusiya bu konfransda 1999-cu ildən iştirak edirdi.
Yeri gəlmişkən 2007-ci ildə Rusiya prezidenti Vladimir Putin Münhen konfransında çıxış etdi. O, çıxışında ABŞ və müttəfiqlərini NATO-nun genişlənməsi üçün birqütblü dünya qurmaq cəhdinə görə kəskin tənqid edib ki, bu da onun təbirincə Rusiya üçün təhlükə yaradır. Bu çıxış Rusiyanın Qərb dövlətləri ilə münasibətlərinin korlanmasının başladığı başlanğıc nöqtələrdən biri hesab olunur.
Onu da qeyd edək ki, ötən il Rusiya hakimiyyəti 20 ildən artıq müddətdə ilk dəfə forumda iştirakdan imtina edib. Onların fikrincə, son illərdə konfrans öz inklüzivliyini və obyektivliyini itirərək getdikcə daha çox transatlantik foruma çevrilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB