"Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsi əzmlə davam edir"

Hulusi Akar Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı baza bölgəsinə raket hücumu ilə bağlı sualı cavablandırıb.
"Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsi əzmlə davam edir"

"Zaman-zaman təcavüzlər, hücumlar olur. Onlara qarşı dərhal lazımi cavab verilir".
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu milli müdafiə naziri Hulusi Akar İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin baza bölgəsinə edilən hücumla bağlı verdiyi açıqlamada deyib.

Nazir Akar Türkiyə Böyük Millət Məclisində (TBMM) Ədalət və İnkişaf Partiyasının (AK Partiya) qrup toplantısı öncəsi mətbuat mənsublarının Türkiyə Silahlı Qüvvələrinin (TSK) İraqın şimalındakı baza bölgəsinə raket hücumu ilə bağlı sualını cavablandırıb.

"Türkiyə Silahlı Qüvvələrinin terrorla mübarizəsinin davam etdiyinə diqqət çəkən nazir Akar deyib:

"Bu mübarizə son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək. Suriyanın şimalında, İraqın şimalında terroru və terrorçunu mənbəyində məhv etmək üçün işimizi artan intensivliklə, artan templə davam etdiririk. Soyuq hava şəraitinə və yağan güclü qara baxmayaraq qəhrəman əsgərlərimiz artan əzm və səylə böyük qəhrəmanlıqlarla mübarizəsini davam etdirir. Zaman-zaman təcavüzlər, hücumlar baş verir. Bunlara qarşı dərhal lazımi cavab verilir. Bundan heç kimin şübhəsi olmasın. Bu mübarizə son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə