İsveçrə yeni xarici siyasət strategiyasında dəyişikliklər etmək və Rusiya ilə münasibətlərinə yenidən baxmaq niyyətindədir.
Təbii ki, SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri rus saytları yayıblar.
İsveçrə Xarici İşlər Nazirliyi bu qərarın səbəblərindən birini Moskvanın “Rusiyada Ukraynanın maraqlarını qorumaq üçün qoruyucu qüvvənin mandatını qəbul etməkdən” imtina etməsi adlandırıb.
“Növbəti xarici siyasət strategiyasında Rusiya ilə münasibətlərə yenidən baxılmalıdır. Moskvanın Rusiyada Ukraynanın maraqlarını qorumaq üçün himayədar qüvvə mandatını qəbul etməkdən imtina etməsi sülhün təşviqinin hazırda çox çətin şəraitdə olduğunun əyani sübutudur”.
Bu İsveçrə dövlətinin hesabatında deyilir.
Xatırladaq ki, bundan əvvəl Avropa İttifaqının ardınca İsveçrə Rusiya Federasiyasından olan 141 fiziki şəxs və 49 şirkət daxil olmaqla, Rusiya əleyhinə sanksiyalar siyahısını genişləndirib.
Paytaxt Bern, həmçinin "Rusiyaya hərbi dəstək və Moskvaya pilotsuz təyyarələrin tədarükü" ilə əlaqədar İrandan olan dörd fiziki şəxs və dörd şirkətə qarşı Avropa İttifaqının sanksiyalarına qoşulub.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB