"Vurulan Qərb tanklarına görə verilən mükafat döyüşçülər üçün stimul olacaq"
...Ukraynada Qərb tanklarının tutulması və ya məhv edilməsinin mükafatlandırılması təşəbbüsləri xüsusi əməliyyatın iştirakçıları üçün stimul olacaq.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov fevralın 1-də jurnalistlərə müsahibəsində bildirib.
Peskovun sözlərinə görə, əgər mükafat olsa, o zaman həvəskarlar daha çox olacaq.
Maraqlıdır ki, Peskov tutulan tanklara qarşı təşviqedici tədbirlərin olacağı halda onların yandırılacaqlarını da istisna etməyib.
Yeri gəlmişkən, Peskovun sözlərinə görə, bu cür təşəbbüslər regionların hakimiyyət orqanlarından və biznesdən gəlir. Üstəlik, yandırılmış, məhv edilmiş və ələ keçirilən Qərb texnikası üçün müxtəlif məbləğlər tələb olunur.
Lakin Peskov hələlik bu texnikanın, yəqin ki, tankları deyir, hələ ki, mövcud olmadığını qeyd edib.
Xatırladaq ki, Almaniya Müdafiə Nazirliyi “Leopard 2” tanklarının Ukraynaya çatdırılma vaxtını açıqlayıb.
Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Oleksiy Reznikovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri çox güman ki, bu yazdan döyüş meydanında Qərb tanklarından istifadə etməyə başlaya biləcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB