Türkiyənin İraqdakı hərbi bazasına 8 raket atılıb

Türkiyənin İraqdakı hərbi bazasına 8 raket atılıb

İraqın şimalında Türkiyə hərbçilərinin yerləşdiyi Zelikan hərbi bazası raket hücumuna məruz qalıb. SİA xəbər verir ki, bu barədə məlumatı İraqın “Shafaq” agentliyi yayıb.

Məlumata görə, hərbi bazaya 8 raket atılıb. Raketlərdən ikisi bazanın ərazisinə, digərləri isə bazadan kənara düşüb. İnsident nəticəsində xəsarət alan olmayıb. Raketlərin kim tərəfindən atıldığı da açıqlanmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə