ABŞ ordusu 522 milyon dollar dəyərində artilleriya mərmisi verdi

ABŞ ordusu 522 milyon dollar dəyərində artilleriya mərmisi verdi

ABŞ Quru Qoşunları Komandanlığı ümumi dəyəri 522 milyon 279 min dollar olan 155 millimetr çaplı haubitsa artilleriya mərmilərinin istehsalı üçün tenderdə "Northrop Grumman" və "Global Ordonance" şirkətlərini seçib.

Ukrayna ordusuna yüz minlərlə top və raket sursatları verən ABŞ ordusu arsenalını artırmaq üçün sursat tenderlərini sürətləndirib.

ABŞ Müdafiə Nazirliyinin internet saytında haubitsa artilleriya layihəsi ilə bağlı açıqlamada iki şirkətin “hər sifariş üçün yarışmaq üçün seçildiyi” bildirilib. Açıqlamada sözügedən miqdarla nə qədər 155 millimetrlik haubitsa mərmisinin istehsal ediləcəyi bildirilməyib, lakin istehsalın 30 yanvar 2027-ci ildə başa çatdırılmasının hədəfləndiyi qeyd edilib.

Yanvar ayında dərc edilən hesabatda ABŞ Quru Qoşunları 155 millimetr kalibrli sursat istehsalını təxminən 500 faiz artıracaqlarını bildirib. Hesabatda bildirilib ki, 2023-cü ildə haubitsa sursatlarının aylıq istehsalını 14 mindən 90 minə çatdırmaqla, Ukraynaya tədarük edilən 155 millimetr çaplı haubitsa mərmiləri bir il ərzində dəyişdirilə bilər.

Quru Qoşunlarının hesabatında qeyd olunub ki, ABŞ növbəti 5 ildə artilleriya mərmisi istehsalı müəssisələrinin yaradılmasına 1 milyard dollar illik büdcə ayıracaq. İddia olunur ki, Rusiya-Ukrayna müharibəsində gündəlik olaraq əvvəlki müharibələrdən qat-qat çox sursat istehlak edilir və bu səbəbdən bu müharibənin davam etdirilməsi qeyri-davamlı ola bilər. Məlum idi ki, ABŞ ordusu sərmayələrini artilleriya və raket sistemlərindən daha çox mürəkkəb və yüksək texnologiyalı silahlara yönəldib, lakin Rusiya-Ukrayna müharibəsinin əsasən quru əməliyyatları formasında irəliləməsi yüksək kalibrli silahların vacibliyini bir daha təsdiqlədi. Quru Qoşunları həmçinin noyabr ayında 243 milyon dollar dəyərində 155 millimetr çaplı haubitsa artilleriya mərmiləri və 437 milyon dollar dəyərində HIMARS raket sursatları üçün iki tender açmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə