İsveç Türkiyəni təhlükəsizlik baxımından riskli hesab edir

İsveçin baş naziri Ulf Kristersson ölkədə son zamanlar anti-Türkiyə və anti-İslam hərəkətlərinin ölkənin təhlükəsizliyini çətinləşdirdiyini ifadə edərək, “Bunun İsveçin dünyadakı imici və təhlükəsizliyi üçün necə riskli nəticələrə səbəb ola biləcəyini gördük" deyib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, İsveçdə partiya liderləri ilə bağlı qapılar arxasında keçirdiyi görüşdən sonra Kristersson terror təşkilatı PKK/YPG tərəfdarlarının Türkiyəyə qarşı təşkil etdiyi təxribatlar, Qurani-Kərimin yandırılması və İsveçin NATO-ya müraciət prosesi ilə bağlı açıqlamalar verib. Son bir neçə həftə ərzində Stokholmda baş verən hadisələrin İsveçin təhlükəsizliyini necə çətinləşdirdiyinin açıq-aşkar olduğunu ifadə edən Kristersson deyib: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana bənzədilmiş oyuncaq kuklanın ayağından asıldığını, daha sonra Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimin yandırıldığını gördük. Bu, İsveçi islamafobiya ölkəsi kimi göstərdi. Bunun İsveçin dünyadakı imicinə və isveçlilərin xaricdəki təhlükəsizliyinə necə riskli və böyük nəticələr verə biləcəyini gördük".

Kristersson sözügedən hərəkətlərin İsveçin əleyhdarlarına fayda verdiyini ifadə edərək, bu hərəkətləri edənləri “faydalı axmaqlar” adlandırıb. İsveçin NATO üzvlüyü üçün müraciətinin vacib olduğunu vurğulayan Kristersson, "İsveç İkinci Dünya Müharibəsindən sonra ən mühüm təhlükəsizlik riskləri ilə qarşı-qarşıyadır.

Kristersson ölkəsinin NATO-ya üzvlük prosesini müzakirə etmək üçün bu həftə ABŞ-a gedəcəyini də qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə