Yunanıstan "Leopard 2" tanklarını verməkdən imtina edib

Yunanıstan Ukraynaya "Leopard 2" tanklarını verməkdən imtina edib. SİA xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Yaponiyaya səfəri zamanı "Nikkei Asia" telekanalına müsahibəsində bildirib.

Mitsotakis Yunanıstanın Kiyevə əhəmiyyətli hərbi dəstək verdiyini , xüsusən də zirehli piyada maşınları tədarük etdiyini bildirib: "Lakin biz "Leopard 2" tanklarını sadə səbəbə görə verməyəcəyik ki, onlar bizim müdafiə strategiyamız üçün tamamilə vacibdir. Biz Ukraynanı dəstəkləmək istəyirik, lakin müdafiə imkanlarımız hesabına yox", - deyə o, izah edib.

Bütün xəbərlər Facebook səhifəmizdə