Cənubi Koreya 4 nüvə reaktoru tikmək istəyir

Cənubi Koreya Türkiyədə 4 nüvə reaktoru tikmək istəyir. SİA xəbər verir ki, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilir ki, Koreya Elektrik Enerjisi Korporasiyasının (KEPCO) baş direktoru Çon Son İl bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməzə təklif verib.

Nüvə reaktorlarının tikintisi üçün ümumi dəyəri 30 milyard ABŞ dollardan çox vəsait ayrıla bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə