ABŞ-ın Ukraynaya göndərdiyi pullar təyinatı üzrə istifadə olunmayıb. SİA xəbər verir ki, bu barədə “Reuters” agentliyinə ABŞ-ın Maliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Vaşinqton korrupsiyanın qarşısını almaq üçün Kiyevlə sıx əməkdaşlığı davam etdirəcək. Məlumatda korrupsiya ittihamının konkret nədən ibarət olduğu açıqlanmayıb.

Qeyd olunub ki, ABŞ ödənişlərin izlənməsi, vəsaitin təyinatı üzrə istifadə edildiyini təsdiqləmək üçün Dünya Bankı ilə yaxından işləyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə